Abşeronda baş verən partlayış nəticəsində 2 nəfər xəsarət alıb - YENİLƏNİB-1

Abşeronda baş verən partlayış nəticəsində 2 nəfər xəsarət alıb - YENİLƏNİB-1
  • Clock-gray 21:35
  • calendar-gray 19 Noyabr 2020

Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 1200 m² olan ikimərtəbəli binada (ofis və s. təyinatlı) yanğınla nəticələnən partlayış nəticəsində binanın fasad üzlüyü (alkopan və penoplast) 30 m² sahədə yanıb.

FHN-dən APA-ya bildirilib ki, partlayış dalğasının təsirindən binanın konstruksiyaları dağılıb, yaxınlıqda dayanan minik avtomobillərinə ziyan dəyib.

Yanğın bölmələri hadisə yerinə çatanadək iki nəfər yanıq xəsarətləri ilə xəstəxanaya aparılıb.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Binanın qalan hissəsi yanğından mühafizə olunub.

 

İlkin ehtimala görə, partlayış məişət qazının sızması nəticəsində baş verib. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

***

18:50

Abşeronda sexdə partlayışda bir nəfər xəsarət alıb.

TƏBİB-dən APA-ya bildirilib ki, hadisə nəticəsində xəsarət alan 36 yaşlı Fərrux İbrahimov təcili tibbi yardımla Respublika Klinik Xəstəxanasına yerləşdirilib.

Vəziyyəti stabildir.

***

17.37

Abşeronda sexdə partlayış olub.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Gülçin Mehdiyeva APA-ya bildirib ki, partlayış Abşeron rayonu, Novxanı yolunda, “Lukoil” yanacaqdoldurma məntəqəsinin yaxınlığında yerləşən dəmir-beton konstruksiyaların emalı sexində baş verib. Partlayış yanğınla müşahidə olunub.

Hadisə yerinə cəlb olunan FHN-in Yanğından Mühafizə Bölmələrinin əməkdaşları tərəfindən hadisənin qarşısı alınıb, yanğın söndürülüb.

İlkin məlumata görə, xəsarət alanlar var.

Sail Ağasəlim

Digər xəbərlər