Abşeronda evlərdən silsilə oğurluqlar edən şəxs tutulub

Abşeronda evlərdən silsilə oğurluqlar edən şəxs tutulub
# 13 yanvar 2021 17:27 (UTC +04:00)

Abşeronun Xırdalan şəhərində yaşayan bir qrup sakin polisə ərizə ilə müraciət edərək onlara məxsus fərdi yaşayış evlərindən oğurluqlar edilməsi ilə bağlı məlumat veriblər.

APA-nın məlumatına görə, keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində 10-dan artıq fərdi yaşayış sahəsindən oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Samir Səlimov saxlanılıb.

Narkotik istifadəçisi olan Samir istintaqa ifadə verən zaman oğurluqları narkotikə olan tələbatını ödəmək üçün etdiyini bildirib.

Samir Səlimovun barəsində başlanan cinayət işi üzrə araşdırmalar davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR