Abşeronda karantin qaydalarını pozan çay evləri aşkar edilib

Abşeronda karantin qaydalarını pozan çay evləri aşkar edilib
# 12 aprel 2021 15:31 (UTC +04:00)

Abşeron rayonunda gecə saatlarında fəaliyyət göstərən çay evləri aşkar edilib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, rayonda karantin qaydalarına zidd olaraq gecə saatlarında işləyən çay evləri aşkar edilib.

Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən profilaktik tədbirlər zamanı Xırdalan şəhərində yerləşən "Məkan Buratino" və Masazır qəsəbəsindəki " Tvins" çay evlərininin sanitar-karantin qaydalarını pozduğu məlum olub. Həmin obyektlərin icarədarları Şamil Abdullayev və Habil Orucov, həmçinin çay evlərində olan 19 müştəri barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilib və onlar cərimələniblər.

Həmin şəxslərlə profilaktik söhbətlər aparılıb, xüsusi karantin rejim qaydalarına əməl etməyin vacibliyi bir daha onların diqqətə çatdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR