Abşeronda karantin qaydalarını pozan kafe aşkarlanıb, 10 nəfər cərimələnib

Abşeronda karantin qaydalarını pozan kafe aşkarlanıb, 10 nəfər cərimələnib
  • Clock-gray 10:47
  • calendar-gray 21 Yanvar 2021

Abşeron Rayon Polis İdarəsinin əməkdaşları inzibati ərazidə xidmət aparan zaman Masazır qəsəbəsi ərazisində karantin rejiminə əməl etməyərək fəaliyyət göstərən "Şəki" kafesini aşkarlayıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən APA-ya verilən məlumata görə, obyektin fəaliyyəti dərhal polislər tərəfindən dayandırılıb. Ora baxış zamanı kafenin sahibi Rövşən Nəbiyev və daha 9 müştəri saxlanılaraq Polis İdarəsinə gətirilib.

Müştərilər barəsində inzibati qaydada tədbirlər görülərək hər biri 200 manat məbləğində cərimə ediliblər.

Həmin şəxslərlə profilaktik söhbətlər aparılıb və bir daha onların diqqətinə karantin qaydalarına əməl etməyin vacibliyi çatdırılıb. Kafenin sahibinin qanunsuz hərəkətlərinə hüquqi qiymət verilməsi üçün barəsində toplanan materiallar isə məhkəməyə göndərilib.

Səlcuq Elçin

Digər xəbərlər