Abşeronda kişinin üzərinə daş hasar aşıb

Abşeronda kişinin üzərinə daş hasar aşıb
# 04 noyabr 2020 06:33 (UTC +04:00)

Abşeron rayonunun Mehdiabad qəsəbəsində bədbəxt hadisə zamanı bir nəfər xəsarət alıb.

APA xəbər verir ki, hadisə Yeni Massivdə qeydə alınıb.

1961-ci il təvəllüdlü Babayev Valeh Xanoğlan oğlu küçə ilə hərəkət edərkən fərdi yaşayış evinin daş hasarı uçub. V.Babayev daş hasarın altında qalıb.

O xəstəxanaya çatdırılıb. Həkimlərin verdiyi məlumata görə, V.Babayev xəstəxanın reanimasiya şöbəsinə yerləşdirilib və vəziyyəti ağırdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR