Abşeronda maşınla vurulan 25 yaşlı oğlan ölüb

Abşeronda maşınla vurulan 25 yaşlı oğlan ölüb
# 10 dekabr 2019 10:04 (UTC +04:00)

Abşeron rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, rayonun Saray qəsəbəsində yolu keçmək istəyən piyada, 1994-cü il təvəllüdlü İsmayılov Hüseyn Mehrab oğlunu taksi fəaliyyəti ilə məşğul olan minik maşını vurub. Ağır bədən xəsarətləri alan piyada ölüb.

Faktla bağlı araşdırma aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR