Abşeronda piyadanı avtomobil vuraraq öldürüb

Abşeronda piyadanı avtomobil vuraraq öldürüb
# 10 dekabr 2020 13:52 (UTC +04:00)

Abşeronda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, dekabrın 9-da saat 6 radələrində Abşeron rayonunun Saray qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini Almaz Abbasova vurulub və piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR