Abşeronda satıcı müştərini qətlə yetirib - YENİLƏNİB

Abşeronda satıcı müştərini qətlə yetirib - YENİLƏNİB
# 23 dekabr 2019 16:44 (UTC +04:00)

Abşeronda qətl törədilib.

APA-nın məlumatına görə, hadisə ötən gecə baş verib. Rayon ərazisindəki mağazalardan birinə gələn müştəri, 1991-ci il təvəllüdlü Həsənov Fikrət Müşfiq oğlu ilə satıcı, 2004-cü il təvəllüdlü Əmiraslanov Gülağa Şahin oğlu arasında mübahisə düşüb. Mübahisəyə F.Həsənovun aldığı siqaretin pulunu verməməsi səbəb olub. Mübahisə zəminində G.Əmiraslanov müştərinin ürək nahiyəsindən bıçaqlayaraq öldürüb.

Hadisəni törədən G.Əmiraslanov saxlanılıb.

Faktla bağlı Abşeron rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

***

Saat 03:47

Abşeron rayonu ərazisində gənc oğlan qətlə yetirilib.

APA xəbər verir ki, hadisə Xırdalan şəhərində bıçaqlanıb.

1991-ci il təvəllüdlü Həsənov Fikrət Müşfiq oğlu ürəyindən bıçaqlanıb. Onun meyiti yaşadığı evin giriş qapısının önündə tapılıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR