Abşeronda sərnişin avtobusdan yıxılaraq ağır xəsarət alıb

Abşeronda sərnişin avtobusdan yıxılaraq ağır xəsarət alıb
# 30 iyul 2020 06:22 (UTC +04:00)

Abşeron rayonu, Masazır qəsəbəsində sürücü ehtiyatsızlığı bir nəfərin xəsarət almasına səbəb olub.

APA xəbər verir ki, hadisə Duz gölünün yaxınlığında baş verib.

Sərnişin - 1988-ci il təvəllüdlü Əhmədova Aytən Habil qızı dayanacaqda 535 nömrəli marşrut avtobusundan enmək istəyərkən sürücü qəfil nəqliyyat vasitəsini idarə etməyə başlayıb. Həmin vaxt A.Əhmədova yerə yıxılaraq xəsarət alıb. O, döş qəfəsinin sınığı və ağır kəllə-beyin travması diaqnozu ilə 3 nömrəli şəhər xəstəxanasına yerləşdirilib.

Faktı Abşeron Rayon Polis İdarəsi araşdırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR