Abşeronda yaşayış binasında yanğın olub, sakinlər təxliyə edilib

Abşeronda yaşayış binasında yanğın olub, sakinlər təxliyə edilib
# 10 oktyabr 2020 07:24 (UTC +04:00)

Abşeron rayonunun Ceyranbatan qəsəbəsində yanğın baş verib.

APA Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə zamanı beşmərtəbəli yaşayış binasının sonuncu mərtəbəsində ümumi sahəsi 75 kv/m olan mənzilin yanar konstruksiyaları 25 kv/m sahədə yanıb. Yanğın zamanı tüstülənmiş mənzillərdən 20 nəfər yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR