Abşeronda yaşayış kompleksində yanğında 5 nəfər xəsarət alıb - FOTO

Abşeronda yaşayış kompleksində yanğında 5 nəfər xəsarət alıb - FOTO
# 06 fevral 2020 15:57 (UTC +04:00)

Abşeronda yaşayış kompleksində yanğın olub.

TƏBİB-dən APA-ya verilən məlumata görə, “Cənnət Park" yaşayış kompleksində baş vermiş yanğın nəticəsində 1 nəfər sakin qadın sifətin və yuxarı ətrafların 1-2-ci dərəcəli yanığı diaqnozu ilə Yanıq Mərkəzinə, xəsarət alan 4 Fövqəladə Hallar Nazirliyinin işçisindən ikisi Yanıq Mərkəzinə, ikisi isə Toksikoloji Mərkəzə hospitalizə olunub.

Xəsarət alanların vəziyyəti yaxşıdır, hazırda ambulator yardım göstərilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR