Abşeronda yolu keçən piyadanı maşın vuraraq öldürüb

 Abşeronda yolu keçən piyadanı maşın vuraraq öldürüb
# 14 yanvar 2020 12:43 (UTC +04:00)

Abşeronda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA_ya verilən məlumata görə, yanvarın 13-də saat 07:00 radələrində Abşeron rayonunun Mehdiabad qəsəbəsi ərazisində qəsəbə sakini Namiq Ağayev idarə etdiyi “Daewoo” markalı avtomobillə yolu keçən həmyerlisi Hidayət Əliyevi vurub.

Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR