Abşeronda yolu keçən piyadanı maşın vuraraq öldürüb

Abşeronda yolu keçən piyadanı maşın vuraraq öldürüb
# 26 dekabr 2020 18:16 (UTC +04:00)

Abşeronda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, rayonun Saray qəsəbəsi ərazisində Xırdalan şəhər sakini N.Rəhimli idarə etdiyi “Opel” markalı avtomobillə yolu keçən qəsəbə sakini Nasim Qasımovu vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR