Ağcabədi sakini Xocavənddə tapdığı silah-sursatı polisə təhvil verib

Ağcabədi sakini Xocavənddə tapdığı silah-sursatı polisə təhvil verib
# 03 aprel 2021 13:14 (UTC +04:00)

Ağcabədidə silah-sursat tapılıb.

DİN-in mətbuat xidmətinin Bərdə regional qrupundan APA-ya verilən məlumata görə, Ağcabədi rayon sakini Hüseyn Əliyev işğaldan azad edilmiş Xocavənd rayonu ərazisində olarkən 1 pulemyot, 98 pulemyot gülləsi, 2 qumbaraatan, 13 qumbaraatan mərmisi, 1 əl qumbarası, 7 ədəd müxtəlif mərmi tapıb. Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan profilaktiki tədbirlər nəticəsində həmin şəxs tapdığı silah-sursatları RPŞ-yə təhvil verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR