Ağcabədi sakini motosikletlə piyadanı vuraraq öldürüb

Ağcabədi sakini motosikletlə piyadanı vuraraq öldürüb
# 10 sentyabr 2020 12:21 (UTC +04:00)

Ağcabədidə yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sentyabrın 9-da saat 6 radələrində Ağcabədi şəhəri ərazisində şəhər sakini Ə.Quliyev idarə etdiyi motosikletlə yolu keçən həmyerlisi Şərqiyyə Nəcəfovanı vurub.

Xəsarətlə xəstəxanaya yerləşdirilmiş qadın orada ölüb.

Ağcabədi RPŞ tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR