Ağcabədi sakinin evindən 12 kq narkotik və silah götürülüb

 Ağcabədi sakinin evindən 12 kq narkotik və silah götürülüb
  • Clock-gray 13:56
  • calendar-gray 18 Yanvar 2020

Ağcabədi sakininin evindən narkotik və silah aşkarlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş R.Qarayev saxlanılıb. 

Şəxsi axtarış zamanı ondan marixuana götürülüb.

Davam etdirilən tədbirlərlə onun yaşadığı evin həyətindən isə əlavə olaraq 12,6 kiloqram marixuana, habelə evindən “Revolver” markalı tapança aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

 

Əcəmi Əsədulla

Digər xəbərlər

Arxiv

date