Ağcabədi sakinindən külli miqdarda heroin götürülüb

Ağcabədi sakinindən külli miqdarda heroin götürülüb
# 14 yanvar 2021 14:56 (UTC +04:00)

Ağcabədi Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Avşar kənd sakini, əvvəllər məhkum olunmuş Məhərrəm Quliyev 4 qrama yaxın metamfetamini satarkən saxlanılıb.

Daxili İşlər Nazirliyinin Bərdə regional qrupundan APA-ya verilən məlumata görə, davam etdirilən araşdırmalarla onun yaşadığı evə baxış keçirilib. Baxış zamanı oradan müxtəlif qablaşdırmalarda ümumi çəkisi 1 kiloqram 815 qram olan heroin aşkar edilərək götürülüb.

Faktla bağlı Ağcabədi RPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR