Ağcabədidə 5 otaqlı ev yanıb - FOTO

Ağcabədidə 5 otaqlı ev yanıb - FOTO
# 16 sentyabr 2020 11:16 (UTC +04:00)

Ağcabədidə ev yanıb.

APA-nın yerli müxbirinin xəbərinə görə, hadisə rayonun Boyat kəndində qeydə alınıb.

Qarayev Şəhriyar Fəxrəddin oğluna məxsus, ümumi sahəsi 120 m² olan birmərtəbəli 5 otaqlı evin 3 otağının yanar konstruksiyaları və qamışdan ibarət dam örtüyü 50 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR