Ağcabədidə avtoqəza olub, bir nəfər ölüb

Ağcabədidə avtoqəza olub, bir nəfər ölüb
# 16 dekabr 2020 13:21 (UTC +04:00)

Ağcabədidə iki avtomobilin toqquşası bir nəfərin ölümünə səbəb olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, rayonun Qaravəlli kəndi ərazisində kənd sakini Mehdi Ağayevin idarə etdiyi “VAZ-2107” və Bərdə rayon sakini N.Məmmədovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub. Nəticədə M. Ağayev aldığı xəsarətlərlə xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı Baş İstintaq və təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR