Ağcabədidə iki avtomobil toqquşub, ata ölüb, oğlu xəsarət alıb

Ağcabədidə iki avtomobil toqquşub, ata ölüb, oğlu xəsarət alıb
# 22 dekabr 2020 12:29 (UTC +04:00)

Ağcabədidə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Kürdəmir rayon sakini Şaiq Zərbəliyevin idarə etdiyi “Nissan” və Sumqayıt şəhər sakini H.İsmayılovun idarə etdiyi “Opel” markalı avtomobillər rayonun Nəcəfqulubəyli kəndi ərazisində toqquşub.

Qəza nəticəsində Ş.Zərbəliyev hadisə yerində ölüb, sərnişini olan oğlu və digər sürücü xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR