Ağcabədidə iki avtomobil toqquşub, ölən var

Ağcabədidə iki avtomobil toqquşub, ölən var
# 16 yanvar 2021 18:27 (UTC +04:00)

Ağcabədidə iki avtomobil toqquşub.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Ağcabədi rayonunun Hacıbədəlli kəndində “Mercedes” və “VAZ” markalı iki minik avtomobilinin toqquşması barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan, 1986-cı il təvəllüdlü İsrafilov Ələsgər Əyyub oğlunun meyitini deformasiyaya uğrayan "VAZ" markalı minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR