Ağcabədidə iki avtomobil toqquşub, xəsarət alan var - FOTO

Ağcabədidə iki avtomobil toqquşub, xəsarət alan var - FOTO
# 16 fevral 2021 15:00 (UTC +04:00)

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Ağcabədi rayonunda “Mitsubishi” və “ВАЗ” markalı iki minik avtomobilinin toqquşması barədə məlumat daxil olub.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan "Mitsubishi" markalı minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR