Ağcabədidə iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib

Ağcabədidə iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib
# 18 avqust 2020 01:26 (UTC +04:00)

Ağcabədi rayonunun Hindarx qəsəbəsində yol qəzası qeydə alınıb.

APA-nın yerli müxbirinin xəbərinə görə, Namazov Sabit Bəyoğlan oğlunun idarə etdiyi “VAZ 2106” markalı, 04 BK 956 dövlət nömrə nişanlı avtomobil qarşıdan gələn “VAZ 2106” markalı avtomobillə toqquşub.

Nəticədə S.Namazov və onun avtomobilində olan sərnişin, 1991-ci il təvəllüdlü Qasımov Yavər Teymur oğlu müxtəlif dərəcəli xəsarət alıb. Hər iki yaralı Ağcabədi Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR