Ağcabədidə özünü jurnalist kimi təqdim edərək komendant postundan yayınmaq istəyən şəxs saxlanılıb

Ağcabədidə özünü jurnalist kimi təqdim edərək komendant postundan yayınmaq istəyən şəxs saxlanılıb
# 03 oktyabr 2020 15:38 (UTC +04:00)

Ağcabədidə özünü jurnalist kimi təqdim edərək komendant postundan yayınmaq istəyən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, Ağcabədi-Beyləqan yolunda Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Cəbrayıl rayon sakini Zeynullah Əsədovun idarə etdiyi “Naz Lifan” markalı avtomobillə komendant rejimini pozduğu üçün saxlanılıb. Sürücü əvvəlcə polislərə özünü “jurnalist” kimi təqdim edərək “Cinayətkarlığa Qarşı Mübarizə” qəzetinin redaktoru olduğunu bildirib və məsuliyyətdən yayınmağa çalışıb. Amma sürücünün davranışları polislərdə şübhə doğurduğundan onun avtomobilinə baxış keçirilib. Baxış zamanı Zeynullah Əsədovun nəqliyyat vasitəsindən 10 büküm satış üçün nəzərdə tutulan 83 qram narkotik vasitə marixuana və heroin, 2 qram psixotrop maddə metamfetamin, 1 ədəd elektron tərəzi, həmçinin kəsici alətlər polislər tərəfindən aşkar olunaraq maddi sübüt kimi götürülüb.

Faktla bağlı Ağcabədi Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir. Bu şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Zeynullah Əsədovun digər cinayətlər etdiyi istisna olunmur. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi üzrə polis idarə, şöbə və bölmələrinə, habelə DİN-in “102” Zəng Mərkəzinə məlumat verə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR