Ağcabədidə təhlükəli sursat aşkar olunub - FOTO

Ağcabədidə təhlükəli sursat aşkar olunub - FOTO
# 20 yanvar 2020 03:31 (UTC +04:00)

Ağcabədi rayonu, Yuxarı Qiyaməddinli kəndi ərazisində mina tapılıb.

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən APA-ya verilən məlumata görə, bu barədə məlumat Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən daxil olub.

Məlumata əsasən, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu həmin əraziyə göndərilib və adı qeyd olunmuş ərazidə otlaq sahəsinə baxış keçirilib. Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd tank əleyhinə minanın partladıcısı (MVZ-62) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Partladıcının ətrafında 50 kv.m əraziyə yerüstü, 500 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR