Ağcabədidə traktor yük avtomobili ilə toqquşub, ölən var

Ağcabədidə traktor yük avtomobili ilə toqquşub, ölən var
# 20 yanvar 2021 11:58 (UTC +04:00)

Ağcabədidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, yanvarın 19-da saat 18 radələrində Ağcabədi şəhəri ərazisində Gəncə şəhər sakini N.Yusifovun idarə etdiyi “MAN” markalı yük avtomobili Bərdə rayon sakini Ə.Fətəliyevin idarə etdiyi “MTZ” markalı traktorla toqquşub.

Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş Ə.Fətəliyev orada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR