Ağcabədidə yoldan çıxan avtomobil piyadanı vuraraq öldürüb

Ağcabədidə yoldan çıxan avtomobil piyadanı vuraraq öldürüb
# 09 dekabr 2020 13:01 (UTC +04:00)

Ağcabədidə bir nəfərin ölümü, digərinin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, rayonun Avşar kəndi ərazisində kənd sakini A.Mirzəyev idarə etdiyi “VAZ-2107” markalı avtomobili yolun kənarında dayanan Hindarx qəsəbə sakini M.Əliyevə məxsus eyni markalı avtomobilə vurub, sonradan isə yaxınlıqda dayanan qəsəbə sakini M.Quliyevə dəyib. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. A.Mirzəyevin sərnişini isə xəstəxanaya yerləşdirilib.

Ağcabədi Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR