Ağciyər Xəstəlikləri İnstitutunda daha iki xəstə ölüb - YENİLƏNİB

Ağciyər Xəstəlikləri İnstitutunda daha iki xəstə ölüb    - YENİLƏNİB
# 30 yanvar 2020 13:47 (UTC +04:00)

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu iki xəstənin ölümü ilə bağlı məlumat yayıb.

İnstitutdan APA-ya verilən məlumata görə, 1957-ci il təvəllüdlü xəstə yanvarın 14-də saat 14.55-də ağır vəziyyətdə daxil olub. O, pulmonologiya şöbəsinə yerləşdirilib. Müvafiq müayinələr nəticəsində “Ağciyərlərin xroniki obstruktiv xəstəliyi ağır gedişli kəskinləşmə mərhələsi; ağciyərlərin emfizeması, bronxial astma, qarışıq forma, nəzarət olunmayan kəskinləşmə mərhələsi; tənəffüs çatışmazlığı (II dərəcə); pulmonar hepertenziya; ürək çatışmazlığı, keçirilmiş ağciyər vərəmindən sonrakı qalıq - fibroz bərk ocaqlar və plevra qalınlaşması şəklində” diaqnozu qoyularaq müalicə təyin edilib. Pulmonoloq və kardioloqun nəzarəti ilə intensiv müalicə tədbirlərinə baxmayaraq xəstənin yanvarın 29-da vəziyyəti kəskin dəyişib və əsas xəstəliklərin ağırlaşması kimi kəskin ağciyər, ürək çatışmazlığı inkişaf edib. Bu səbəbdən xəstə reanimasiya şöbəsinə köçürülüb və yanvarın 30-da saat 01.20-də bioloji ölüm olub.

İkinci xəstə - 1941-ci il təvəllüdlü şəxs yanvarın 29-da saat 12.45-də olduqca ağır vəziyyətdə “İkitərəfli pnevmoniya, ağciyərlərin xroniki obstruktiv xəstəliyi ağır gedişli kəskinləşmə mərhələsi, hipoksik ensefalopatiya naməlum mənşəli nefropatiya” diaqnozu ilə daxil olub və reanimasiya şöbəsinə yerləşdirilib. Reanimatoloq və pulmonoloqun nəzarəti altında intensiv müalicə tədbirlərinə baxmayaraq, xəstədə yanvarın 30-da saat 02.00 radələrində bioloji ölüm qeydə alınıb.

***

13:33

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda daha 2 xəstə ölümü qeydə alınıb.

APA-nın xəbərinə görə, ötən gecə qeyd olunan xəstəxanada müalicə alan 1957-ci il təvəllüdlü Rahim Əliyev və kimliyi bilinməyən bir şəxs ölüb.

Qeyd edək ki, ötən il noyabrın 25-də sözügedən xəstəxanada 31 yaşlı Bağırova Rəhimə Tofiq qızı vəfat edib. Yanvarın 14-də isə Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda müalicə alan Qəniyev Rəşad və Qafarov Azad, fevralın 11-də isə adı açıqlamayan 1951-ci il təvəllüdlü bir xanım da orada ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR