Ağdam sakini anasını və bacısını öldürüb

Ağdam sakini anasını və bacısını öldürüb
# 01 iyun 2020 09:14 (UTC +04:00)

Ağdam sakini anasını və bacısını öldürüb.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Bərdə rayonunun Alaçadırlı kəndində qeydə alınıb.

Ağdamın Maqsudlu kənd sakini, 1996-cı il təvəllüdlü Zeynallı Toğrul Musa oğlu qısqanclıq zəminində anası, 1979-cu il təvəllüdlü Zeynalova Nazirə Həmid qızını ov silahı ilə atəş açaraq öldürüb. Hadisəni görən 21 yaşlı bacısı Zeynallı Əminə Musa qızı evdən qaçıb. Bacısının arxasınca düşən T. Zeynallı onu Bərdə rayonunun Kələntərli qəsəbəsində yaxalayaraq həmin silahla öldürərək qaçıb.

Hazırda Bərdə rayonunun Polis Şöbəsinin əməkdaşları T. Zeynallının saxlanılması ilə bağlı əməliyyat keçirir.

Faktla bağlı Bərdə rayon Prokurorluğunda cinayət işi açılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR