Ağdam sakini həmyerlisini ov tüfəngi ilə vurub

Ağdam sakini həmyerlisini ov tüfəngi ilə vurub
# 11 noyabr 2020 14:01 (UTC +04:00)

Ağdam sakini həmyerlisini tüfənglə vurub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, rayon polis şöbəsinə noyabrın 10-da Alıbəyli qəsəbə sakini M.Salmanovun yaşadığı evin həyətinə gəlib həmyerlisi M.Mehdiyevin münaqişə zəminində tüfəngdən açdığı atəşlə onun ayaqlarına xəsarət yetirməsi barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində M.Mehdiyev saxlanılıb, ondan hadisəni törədərkən istifadə etdiyi müvafiq sənədləri olmayan “TOZ-16” markalı ov tüfəngi götürülüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə cinayət işi başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR