Ağdamda 4 otaqlı ev əşyaları ilə birlikdə yanıb - FOTO

Ağdamda 4 otaqlı ev əşyaları ilə birlikdə yanıb  - FOTO
# 11 aprel 2021 00:10 (UTC +04:00)

Ağdam rayonunun Çəmənli kəndində yanğın qeydə alınıb.

APA-nın yerli müxbirinin xəbərinə görə, yanğın kənd sakini Bəxtiyarov Murtuza Məhəmməd oğluna məxsus evdə baş verib.

Yanğını söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Ağdam Yanğında mühafizə bölməsinin iki texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğınsöndürənlər yanğını söndürərək yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR