Ağdamda avtomobilin vurduğu piyada ölüb

Ağdamda avtomobilin vurduğu piyada ölüb
# 10 oktyabr 2020 12:45 (UTC +04:00)

Ağdamda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, oktyabrın 9-da saat 13 radələrində Ağdam rayonunun Quzanlı qəsəbəsi ərazisində rayon sakini Ə.Məmmədov idarə etdiyi “Opel” markalı avtomobillə yolu keçən həmyerlisi Məkan Abbasovanı vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Ağdam Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR