Ağdamda evdən külli miqdarda pul oğurlanıb

Ağdamda evdən külli miqdarda pul oğurlanıb
# 25 fevral 2020 11:57 (UTC +04:00)

Ağdamda evdən oğurluq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan APA-ya verilən xəbərə görə, Ağdam rayon İmamqulubəyli kənd sakini Əliyev Sabir Elşən oğlu rayonun Quzanlı qəsəbə sakini Ş. Zalışovaya məxsus evə girərək oradan külli miqdarda pul oğurlayıb.

Ağdam rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində S. Əliyev saxlanılıb.

İlkin araşdırma zamanı Ş.Zalışovanın evindən götürülən pulun 26000 dolları zərərçəkənə qaytarılıb.

S.Əliyevin başqa cinayət əməlinin olub-olmadığı araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR