Ağdamda kababçı bıçaqlanıb

Ağdamda kababçı bıçaqlanıb
# 22 fevral 2020 19:13 (UTC +04:00)

Ağdamda kafedə bıçaqlanma hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Quzanlı qəsəbəsində baş verib. Qəsəbə ərazisində fəaliyyət göstərən kafelərdən birində kababçı işləyən Kərimov Murad Malik oğlu kafeyə gələn rayon sakini Rahib Qasımov tərəfindən bıçaqlanıb.

Yaralı M. Kərimov Bərdə Mərkəzi Rayon xəstəxanasına çatdırılıb.

Hadisəni törədən R.Qasımov Ağdam polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR