Ağdamda minaya düşən idarə rəisi ayağını topuqdan aşağı itirib - RƏSMİ

Ağdamda minaya düşən idarə rəisi ayağını topuqdan aşağı itirib - RƏSMİ
  • Clock-gray 16:42
  • calendar-gray 03 Mart 2021

Ağdam rayon prokurorluğu vəzifəli şəxsin minaya düşməsi faktı ilə bağlı məlumat yayıb.

Rayon Prokurorluğundan APA-ya verilən məlumatda qeyd olunur ki, martın 3-də saat 15 radələrində 1967-ci il təvəllüdlü Hafiz Əzimzadənin Ağdam rayonunun işğaldan azad edilmiş Novruzlu kəndi ərazisində minaya düşməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla Ağdam rayonunun Mexaniki Suvarma İdarəsinin rəisi işləyən Hafiz Əzimzadənin su quyularının bərpası işləri ilə məşğul olan zaman qeyd edilən ərazidə minaya düşməsi nəticəsində “sağ ayağın topuqdan aşağı ətrafının amputasiyası” və digər çoxsaylı xəsarətlər alması müəyyən edilib.

Faktla bağlı Ağdam rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

apa-logo-mini

Digər xəbərlər