Ağdamda minik avtomobili yük maşını ilə toqquşub, xəsarət alanlar var - FOTO

Ağdamda minik avtomobili yük maşını ilə toqquşub, xəsarət alanlar var - FOTO
# 11 fevral 2020 13:37 (UTC +04:00)

Ağdamda tütün məmulatları daşıyan yük avtomobili qəza törədib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Quzanlı qəsəbəsində qeydə alınıb.

“VEKTOR” firmasına məxsus, 1988-ci il təvəllüdlü Əmirov Fərhad Allahverdi oğlu idarə etdiyi “FİAT” markalı, 99 JX 712 dövlət nömrə nişanlı yük avtomobili hərəkətdə olan 1984-cü il təvəllüdlü Allahverdiyev Azər Rizvan oğlunun idarə etdiyi “VAZ-21015” markalı, 10 RZ 215 dövlət nömrə nişanlı minik maşını ilə toqquşub.

Nəticədə hər iki avtomobilin sürücüsü müxtəlif xəsarətlə Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR