Ağdam rayonunun Quzanlı qəsəbəsində ümumi sahəsi 665 m² olan ikimərtəbəli şadlıq evinin birinci mərtəbəsində 2 ədəd kondisioner, 1 ədəd televizor, elektrik kabeli 20 p.m, pilləkən qəfəsinin taxta üzlüyü 6 p.m, sahəsi 6 m² olan texniki otağın yanar konstruksiyaları və içərisindəki avadanlıqlar yanıb.
Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən məlumata görə, şadlıq evinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
***
21:02
Ağdamda şadlıq sarayında yanğın baş verib.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Quzanlı qəsəbəsində qeydə alınıb.
Şadlıq sarayının yanması ilə bağlı Fövqəladə Hallar Nazirliyinə (FHN) məlumat verilib. Obyekt sahibi hadisə yerinə gələnədək yanğın FHN-in yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.