Ağdamda vəzifəli şəxsin yaralandığı ərazidə Ermənistan istehsalı olan minalar aşkarlanıb

Ağdamda vəzifəli şəxsin yaralandığı ərazidə Ermənistan istehsalı olan minalar aşkarlanıb
# 04 mart 2021 11:50 (UTC +04:00)

Ötən gün Ağdamda vəzifəli şəxsin minaya düşdüyü ərazidən Ermənistan istehsalı olan minalar aşkarlanıb.

Bunu APA-nın Qarabağ bürosuna açıqlamasında Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin əməkdaşı Xaliq Zülfüqarov deyib.

Onun sözlərinə görə, ötən gün Ağdamın işğaldan azad olan Novruzlu kəndində Mexaniki Suvarmalar sistemi idarəsinin rəisi Hafiz Əzimzadənin minaya düşdüyü əraziyə baxış keçirilib. Baxış zamanı həmin ərazidən 3 ədəd Ermənistan istehsalı olan “PMN-E” piyada əleyhinə mina aşkarlanaraq zərərsizləşdirilib.

X. Zülfüqarov onu da qeyd edib ki, Ağdamın işğaldan azad olan digər yaşayış məntəqələrindən də ermənilərin quraşdırdığı minalar aşkarlanıb. Eyni zamanda rayon ərazisində çəkiləcək dəmiryolu xətti boyunca əraziyə də baxış keçirilib və 39 ədəd PMN mina aşkarlanıb. Digər ərazilərdən isə 8 ədəd TM-62 P2 minası aşkarlanaraq zərərsizləşdirilib.

Qeyd edək ki, ötən gün Ağdam Mexaniki Suvarma İdarəsinin rəisi Hafiz Əzimzadə rayonun işğaldan azad olan Novruzlu kəndində xidməti vəzifəsini yerinə yetirərkən minaya düşüb. Nəticədə H. Əzimzadə sağ ayağını itirib.

Bərdə Mərkəzi Rayon Xəstəxanasından APA-ya verilən məlumata görə H. Əzimzadə əməliyyat olunub. Onu müalicəsini davam etdirmək üçün Bakı şəhərində fəaliyyət göstərən xəstəxanalardan birinə köçürüblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR