Ağdaş sakinindən 900 qram narkotik götürülüb

Ağdaş sakinindən 900 qram narkotik götürülüb
# 13 mart 2021 15:24 (UTC +04:00)

Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Ağdaş şəhər sakini, əvvəllər də məhkum olunmuş Əziz Əzizov saxlanılıb.

APA-nın yerli bürosunun xəbərinə görə həmin şəxsin üzərinə baxış keçirilən zaman sellofan torbada, çəkisi 900 qram olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı Qəbələ Rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR