Ağdaş sakinləri silahlarını polisə təhvil veriblər

Ağdaş sakinləri silahlarını polisə təhvil veriblər
# 12 fevral 2021 09:38 (UTC +04:00)

Qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi, eyni zamanda könüllü təhvil verilməsi məqsədilə polis orqanları tərəfindən əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir.

APA-nın yerli bürosunun xəbərinə görə Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı rayonun Qaradağlı kənd sakini Cavanşir Babayevdən müvafiq sənədləri olmayan “İJ” markalı ov tüfəngi aşkar edilərək götürülüb. Həmçinin, aparılan profilaktik tədbirlər nəticəsində Ağzıbir kənd sakini İslam Xəlilov və Kotavan kəndində yaşayan Famil Əhmədov qanunsuz olaraq saxladıqları “TOZ” markalı odlu silahlarını könüllü olaraq Ağdaş rayon Polis Şöbəsinə təhvil veriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR