Ağdaş və Neftçala sakinlərindən odlu silah götürülüb

Ağdaş və Neftçala sakinlərindən odlu silah götürülüb
# 26 noyabr 2020 12:19 (UTC +04:00)

Ağdaş və Neftçala sakinlərindən qanunsuz odlu silah götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, aparılan profilaktiki tədbirlər nəticəsində Ağdaş rayonunun Qarağan Şıxlar kənd sakini Q.Osmanov müvafiq sənədləri olmayan “İJ” markalı ov tüfəngini könüllü olaraq Rayon Polis Şöbəsinə təhvil verib.

Eyni zamanda, polis əməkdaşları tərəfindən Neftçala rayonunun Boyat kənd sakini Ş.Nəsirovdan müvafiq sənədləri olmayan “İJ-18” markalı ov tüfəngi götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR