Ağdaşda 16 yaşlı oğlanı avtomobil vuraraq öldürüb

Ağdaşda 16 yaşlı oğlanı avtomobil vuraraq öldürüb
# 15 mart 2021 17:44 (UTC +04:00)

Ağdaş rayonunda piyadanın ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün saat 17:20 radələrində Bakı-Qazax yolunun Ağdaşın Əmrarx kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

"Jeep" markalı minik avtomobili yolu keçən piyada, Əmrarx kənd sakini, 2005-ci il təvəllüdlü Həsənov Uğur Laçın oğlunu vurub. U.Həsənov aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR