Ağdaşda 7 otaqlı ev yanıb

Ağdaşda 7 otaqlı ev yanıb
# 24 fevral 2021 18:34 (UTC +04:00)

Ağdaş rayonunda ev yanıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, ümumi sahəsi 240 m² olan kürsülü birmərtəbəli 7 otaqlı evin 4 otağının tavanı və ev əşyaları 142 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR