Ağdaşda evdən pul və qızıl əşyalar oğurlanıb

Ağdaşda evdən pul və qızıl əşyalar oğurlanıb
# 27 noyabr 2020 10:26 (UTC +04:00)

Ağdaşda naməlum şəxslər mənzilə daxil olaraq oradan küllü miqdarda qızıl-zinyət əşyaları və pul oğurlayıb.

APA-nın yerli bürosunun xəbərinə görə, oğurluq hadisəsi rayonun Aşağı Zeynəddin kəndində baş varib. Kənd sakini Rəvan Şərifovun evinə girən oğrular içərisində 2000 ABŞ dolları, 780 manat pul və dəyəri 5000 manat olan qızıl-zinyət əşyaları olan çatanı aparıblar.

Hadisə ilə bağlı ev sahibi dərhal Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat verilib.

Faktla bağlı Ağdaş rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR