Ağdaşda kanalda batan kişinin meyiti tapılıb - YENİLƏNİB

Ağdaşda kanalda batan kişinin meyiti tapılıb - YENİLƏNİB
  • Clock-gray 16:48
  • calendar-gray 05 Dekabr 2019

Ağdaş rayonunda naməlum şəraitdə su kanalına düşən 1982-ci il təvəllüdlü Quliyev Sahib Əlikram oğlunun axtarışları başa çatıb.

FHN-dən APA-ya verilən məlumata görə, S. Quliyevin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

***

15:05

Ağdaşda 37 yaşlı kişi su kanalına düşüb.

Bu barədə APA-ya Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Veilən xəbərə görə, Nazirliyin "112" qaynar telefon xəttinə, Ağdaş rayonunda 1982-ci il təvəllüdlü Quliyev Aqşin Əlikram oğlunun naməlum şəraitdə su kanalına düşməsi barədə məlumat daxil olub. Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Aran dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.

 

Əcəmi Əsədulla

Digər xəbərlər

Arxiv

date