Ağdaşda qadın azyaşlı övladı ilə birlikdə itkin düşüb

Ağdaşda qadın azyaşlı övladı ilə birlikdə itkin düşüb
  • Clock-gray 16:37
  • calendar-gray 30 İyul 2020

Ağdaş rayonu Aşağı Ağcayazı kənd sakini, 1987-ci il təvəllüdlü  Ülkər Abdullayeva iyun ayının 17-də iki yaşlı oğlu ilə birlikdə yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.
APA-nın yerli bürosunun xəbərinə görə, Ülkər Abdullayevanın əlamətləri belədir: boyu 165 sm, dolu bədən quruluşlu, qara qısa saçlı, gözlərinin rəngi qaradır.
Evdən çıxarkən əynində ağ köynək, qara şalvar və qəhvəyi rəngli ayaqqabı olub.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102” Zəng Mərkəzi Xidmətinə, həmçinin Ağdaş Rayon Polis Şöbəsinin 020-235-51-81 şəhər və 050-233-06-10 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Şahnəzər Bəşirov

Digər xəbərlər