Ağdaşda tibbi maskadan istifadə etməyənlər cərimələnib

Ağdaşda tibbi maskadan istifadə etməyənlər cərimələnib
# 06 avqust 2020 11:14 (UTC +04:00)

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə rayon ərazisində tədbirləri davam etdirir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-nın yerli bürosuna verilən məlumata görə, qapalı məkanlarda tibbi maskadan istifadə etməyən şəxslərə qarşı reyd keçirilib. Mağazalarda bəzi satıcı və müştərilərin tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etmədiyi aşkar olunub. Onların barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə protokolu tərtib olunub. Həmçinin, şöbənin Dövlət Yol Polisi bölməsi əməkdaşlarının ictimai nəqliyyatda keçirdikləri reydlər zamanı burada da tibbi maskadan istifadə etməyən bir neçə sürücü və sərnişinlərə rast gəlinib. Həmin şəxslər barəsində də qanunamüvafiq tədbirlər görülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR