Ağdaşda yaşadıqları ünvanları tərk edən COVID-19 xəstələri barəsində cinayət işi başlanıb

Ağdaşda yaşadıqları ünvanları tərk edən COVID-19 xəstələri barəsində cinayət işi başlanıb
# 30 noyabr 2020 11:44 (UTC +04:00)

Ağdaş Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə COVID-19 infeksiyasına yoluxmuş rayon sakinlərinin yaşadıqları ünvanları tərk etmələri müəyyən olunub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-nın yerli bürosuna verilən məlumata görə, rayonun Hüşün kənd sakini Kamil Ağayev və Ağzıbir kənd sakini Elxan Mikayılovun koronavirus testlərinin nəticəsi pozitiv olduğuna görə onlara ev şəraitində müalicə təyin olunub və qaydalara riayət etmələri tapşırılıb. Ancaq həmin şəxslər digərlərinin də sağlamlığı üçün real təhlükə yaradaraq yaşadıqları evləri tərk ediblər. Polis əməkdaşları tərəfindən həmin şəxslər yaşadıqları ünvanlara geri qaytarılıblar.

Hər iki şəxs barəsində Ağdaş RPŞ-nin İstintaq qrupunda cinayət işi başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR