Ağstafa avtomobil ağaca çırpılıb, sürücü xəsarət alıb

Ağstafa avtomobil ağaca çırpılıb, sürücü xəsarət alıb
  • Clock-gray 22:09
  • calendar-gray 07 Fevral 2021

Ağstafada yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Vurğun qəsəbəsində qeydə alınıb. 

Hərəkətdə olan “VAZ 21011” markalı minik maşını idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq yol kənarındakı ağaca çırpılıb. Qəza zamanı sürücü yüngül xəsarət alıb.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. 

Faktla bağlı araşdırma aparılır.

Fuad Nazimoğlu

Digər xəbərlər