Ağstafa sakini naməlum şəraitdə bıçaq xəsarəti alıb

Ağstafa sakini naməlum şəraitdə bıçaq xəsarəti alıb
# 14 fevral 2021 08:00 (UTC +04:00)

Ağstafda bıçaqlanma hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Qırılı kəndində qeydə alınıb.

Kənd sakini, 1997-ci il təvəllüdlü Abbasov İmran qarının kəsilmiş-deşilmiş bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Naməlum şəraitdə bıçaqlanan xəstə dərhal əməliyyat olunub, vəziyyətinin orta-ağır olduğu bildirilir.

Hadisənin hansı səbəbdən baş verməsi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR